Ucarda TSEK sədri albinizm xəstəsi olan vətəndaşdan rüşvət istəyir- ŞİKAYƏT » Memur.az

Ucarda TSEK sədri albinizm xəstəsi olan vətəndaşdan rüşvət istəyir- ŞİKAYƏT

Ucarda TSEK sədri albinizm xəstəsi olan vətəndaşdan rüşvət istəyir- ŞİKAYƏT36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayevə rüşvət ittihamı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl Səlim Müslümov son müsahibələrinin birində deyirdi ki, artıq sosial sferada rüşvət mümkün deyil. Lakin Bolgexeber.com--un poçtuna bunun əksini deyən bir şikayətçinin məktubu gəlib. Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 70 sakini 2-ci qrup əlil albinizm xəstəsi Ələkbərov Ələkbər Muxtar oğlu Bolgexeber.com-a şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaş yazır:

"Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qardaşı 36 saylı Tibbi Ekspert Komissiyasının sədri Mühakim Ağayev 2-ci qrup əlilliyimi 1-ci qrup edilməsi üçün məndən rüşvət istəyir.Hnası ki, mən anadan olandan albinizm xəstəsiyəm, uzun illərdi 2-ci qrup əliləm, hazırda 65 yaşım var, gözlərim demək olar ki, tamam görmür.Albinizim xəstələri anadan olandan əlil hesab edilirlər.Sevindim ki, əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyadan yoxlamadan keçəcəm və obyektiv qərar veriləcək.Ancaq 36 saylı TSEK-in sədri Mühakim Ağayev burada öz arşını ilə bez ölçür ki, buna da mənim maddi imkanım yoxdur ona istədiyi rüşvəti verim haqqıma nail ola bilim.Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı komissiyanın yoxlamasından keçdim onlar şəxsən dedilər ki, bu adama 1-ci qrup əlillik dərəcəsi təyin edilməlidir.Sonra 36 saylı TSEK-in sədri qardaşım Məhəmmədi çağırıb dedi ki, onların deməsinə baxmayın pul verilməsə mümkün deyil.Onlar görüntü xatirinə bunu edirlər, amma əslində pul verilməlidir.Həmin pulda onlara çatacaq.Mənim isə heç bir imkanım yoxdur.Mühakim Ağayev bura təyin ediləndən əsil xəstələrin günü qara olub.Sağlam adamlar pul verib əlillik təyin etdirə bilirlər mənim kimi əsil xəstələr maddi imkansızlıqdan əlillik ala bilmirlər.Burada xəstələri Mühakim Ağayev süründürməçiliyə məruz qoyub narazılıq yaradıb.Mən bu barədə Prezident cənab İlham Əliyevə, Mehriban xanıma, Səhiyyə Naziri cənab Oktay Şirəliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova şikayət ərizələri ilə müraciət etmişəm.İnanıram ki, şikayətimi araşdırıb qanunu tədbir görəcəklər.Xahiş edirəm haqqıma sahib olmaq üçün mənə köməklik edin".
Bolgexeber.com- olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq.Ucarda TSEK sədri albinizm xəstəsi olan vətəndaşdan rüşvət istəyir- ŞİKAYƏT