Gəncədə tələbə bıçaqlanıb - YENİLƏNİB » Memur.az

Gəncədə tələbə bıçaqlanıb - YENİLƏNİB

Gəncədə tələbə bıçaqlanıb - YENİLƏNİBGəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Göyçay rayon sakini, 18 yaşlı Samir Mahmudov cərrahiyyə şöbəsinə gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, eləcə də sifətin və sol qolun kəsilmiş diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib və həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Samir Mahmudovun dediyinə görə, Azərbaycan Texnologiya Universitetinin birinci kurs tələbəsidir və onu kirayə mənzildə birlikdə qaldığı otaq yoldaşı münaqişə zəminində bıçaqlayıb.
Mehman Hüseynov - həkim: "Xəstə şöbəmizdə müayinə olunub, ilk yardım göstərilib, yaralar tikilib. Döş qəfəsinin daxilə keçən yarası olduğu üçün hazırda cərrahların nəzarəti altında saxlanılır. Öz otaq yoldaşı ilə münaqişə zamanı bir-birilərinə xəsarət yetiriblər və dərhal xəstəxanaya çatdırılıb".

Faktla bağlı araşdırma aparılır.

--------

07:36

Gəncədə tələbə bıçaqlanıb.

Memur.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Göyçay rayon sakini 18 yaşlı Samir Mahmudov cərrahiyyə şöbəsinə gətirilib.

Ona döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, eləcədə sifətin və sol qolun kəsilmiş diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Samir Mahmudov Azərbaycan Texnologiya Universtetinin birinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.