Gəncədə musiqi alətləri festivalı keçirilib » Memur.az

Gəncədə musiqi alətləri festivalı keçirilib

Gəncədə musiqi alətləri festivalı keçirilibGəncədə "Musiqinin sehri" musiqi alətləri festivalı baş tutub.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi "7-ci qrant" müsabiqəsinin qalibi seçilən "Musiqinin sehri" musiqi alətləri festivalı baş tutub.

Çıxış edənlər Azərbaycanın qədim musiqi alətləri haqda qonaqlara məlumat veriblər. Bildiriblər ki, qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Layihə çərçivəsində Gəncə, Samux və Şəmkir rayonlarından olan 50 nəfərə yaxın gənc musiqiçi bir daha özünü Azərbaycanın qədim musiqi alətlərində sınayıb.

Günay Tağıyeva - layihənin rəhbəri: "Niyə sırf bu layihənin adı "Musiqinin sehri" musiqi alətləri festivalıdır? Çünki biz hər zaman konsertlərə gedəndə oxuyan öndə olur. Lakin bizim məqsədimiz ondan ibarətdir ki, biz alətlərdə ifa edən gəncləri ictimaiyyətə tanıdaq".

Festivalda fəal iştirak edənlərə diplomlar təqdim olunub.