Ağac calamağın müxtəlif üsul və incəlikləri - FOTO » Memur.az

Ağac calamağın müxtəlif üsul və incəlikləri - FOTO

Ağac calamağın müxtəlif üsul və incəlikləri - FOTOAğacın bol məhsul verməsi üçün onu calamaq lazımdır, lakin bu proses elə də asan deyil. Ağac calamağın öz vaxtı, üsulu və incəlikləri var.

75 yaşlı Səfərid Əsgərov 40 ilə yaxındır ki bağbandır. Kəpəz TV (Region TV) xəbər verir ki, təcrübəli bağban ağacda calağın yaxşı tutması üçün bir neçə şərtə əməl etməyin vacib olduğunu bildirir. Calanan ağacın dibi 3 gün əvvəldən yaxşı sulanmalı, mineral gübrələrlə qidalandırılmalıdır. Bütün bunlar ağacın calanmasına hazırlıq məqsədi daşıyır və calaq, əsasən, meyvə ağaclarında olur. Əgər bitkiyə qabıqaltı qələm calağı edilirsə, qabıq oduncaqdan çox asan aralanmalıdır. Əks halda, calaq tutmaya bilər. Bəzən bir növün daxilində elə sortlar olur ki, onlar bir-birilə yaxşı calaq tutmur.

Meyvə ağacları adətən sentyabr ayının əvvəlində calanır. Bağbanların sözlərinə görə, calaq ağaclar mart ayına kimi üç dəfə sulanmalıdır:

"Ağac 3 cür calanır. "Cappa calaq", başdan göz qoyurlar, bir də "T" şəkilli calaqdır. Ən yaxşı payızda calanandır. Calaq yaxşı olanda yaxşı da meyvə verir. "Cappa calağı" həvəskar calaqçılar edir, ona qələm calağı da deyirlər. Amma kütləvi calamaq üçün "T" şəkilli yaxşıdır".

Calanan ağac adətən mart ayında əkilir və bundan sonra 10 gündən bir sulanmalıdır.