Tikintidə bədbəxt hadisə: yaralı var » Memur.az

Tikintidə bədbəxt hadisə: yaralı var

Tikintidə bədbəxt hadisə: yaralı var

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhər sakini tikintidən yıxılıb. 36 yaşlı şəhər sakini Anar Məmmədov bu gün saat 19 radələrində ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlərin müdaxiləsi ilə xəstənin həyatını xilas etmək mümkün olub. Anar Məmmədova qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin müxtəlif çapılmış yaraları diaqnozu qoyulub. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır stabil olduğu deyilir.