Gəncədə Xocalı faciəsinin 23-cü ildönümü anılıb » Memur.az

Gəncədə Xocalı faciəsinin 23-cü ildönümü anılıb

Gəncədə Xocalı faciəsinin 23-cü ildönümü anılıb

Gəncədə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı yeni salınan qəsəbədə faciənin 23-cü ildönümü anılıb.

Memur.az (Region TV) xəbər verir ki, erməni faşistlərinin, Xocalıda bəşər tarixində misli görünməyən soyqırım aktı həyata keçirdiklərindən geniş bəhs edilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirilən soyqırım erməni vəşiliyinin və amansızlığının ən bariz sübutu kimi qiymətləndirilib. Bu gün artıq dünyanın bir çox ölkəsində Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktı kimi qəbul olunduğu diqqətə çatdırılıb.

Daha sonra tədbir iştirakçıları Gəncə rəssamlarının və ali məktəb tələbələrinin əl işlərindən ibarət Xocalı faciəsinə həsr oluan rəsm sərgisinə baxıblar.
Tədbir Xocalı məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.