"Tariximizin izi ilə" adlı regionlararası gənclərin intellektual çempionatı keçirilib » Memur.az

"Tariximizin izi ilə" adlı regionlararası gənclərin intellektual çempionatı keçirilib

"Tariximizin izi ilə" adlı regionlararası gənclərin intellektual çempionatı keçirilib

9 Noyabr Dövlət Bayrağı gününə həsr olunan çempionat "Azərbaycan Respublikası prezidenti yanında Gənclər Fondunun" maliyyə dəstəyi ilə "Gələcəyə Körpü" İctimai Birliyi tərəfindən təşkil olunub.

Kəpəz TV (Region TV) xəbər verir ki, məqsədi Azərbaycan tarixinin müxtəlif dönəmləri, milli atributlarımız, habelə milli- mənəvi dəyərləri özündə ehtiva edən müxtəlif adət-ənənələrimizi təbliğ etmək, region gənclərinin bu sahədə olan biliklərini sınağa çəkmək olan layihə iki mərhələdən ibarət olub.

Seymur Vəliyev"Gələcəyə Körpü" İB-nin sədri: "Yarış İsmayıllı, Quba, Şəki, Qazax, Samux, Mingəçevir, Şəmkir, Sumqayıt, Lənkəran və Gəncə komandalarını əhatə edir. İlkin mərhələdə biz o regionlara səfər etdik. Ordakı gənclərlə görüşdük. Layihə haqqında ümumi məlumat verildi".

Görüşlər yekunlaşdıqdan sonra isə layihənin ikinci mərhələsinə start verilib. Gəncə də daxil olmaqla respublikanın 10 regionundan olan gənclər arasında intellektual yarış keçirilib. Çempionatda, ümumilikdə 50 gənc iştirak edib. Yarışın qalibi olan komanda kubok və diplomla mükafatlandırılıb. Digər iştirakçılara isə sertifikatlar təqdim olunub.