Samuxda iki nəfər qəzada yaralandı » Memur.az

Samuxda iki nəfər qəzada yaralandı

Samuxda iki nəfər qəzada yaralandı

Samux rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər TTYX-dan Kəpəz TV-yə verilən məlumata görə, səhər saat 8:30 radələrində 2 nəfər Samux rayon sakini - 32 yaşlı Emin Süleymanov və 29 yaşlı Amil Əliyev bədənin müxtəlif xəsarətləri ilə xəstəxananın travmatologiya şöbəsinə gətirilib.

Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən yaralıların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Faktla bağlı Samux Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.