Nazir: “Gələn il Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək” » Memur.az

Nazir: “Gələn il Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək”

Nazir: “Gələn il Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək”İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Şuşa, Füzuli, Zəngilan, Laçın rayonu və şəhəri, Tərtərin Talış və Suqovuşan kəndlərində ümumilikdə yeddi təhsil müəssisəsində 550 şagird və 84 müəllim var”.

Nazir əlavə edib ki, gələn tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur:
“Hazırda həmin məktəblərin tikintisi davam etdirilir”.