Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu » Memur.az

Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
Bildiyimiz kimi 44 günlük Vətənimizin ərazi bütövlüyü uğrunda gedən müharibədə 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızı azad etmək üçün başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Onun rəhbərliyi altında "Dəmir yumruq" kimi ətrafında sıx birləşərək Vətənpərvər gənclərimiz Vətən deyib - haqq savaşına qatıldılar və torpaqlarımızı mənfur düşmənimiz olan erməni işğalçılarından qanları, canları bahasına azad etdilər.

Hörmətli oxucularımız belə igid, qorxmaz, qəhrəman, Vətənpərvər oğullarımızdan biri də könüllü olaraq İkinci Vətən müharibəsində, yəni 44 günlük haqq savaşında 30 ilə yaxın erməni işğalı altında olan Qarabağ torpaqlarımızın azad edilməsində, Vətənimizin ərazi bütövlüyü uğrunda fədakarlıqla döyüşən 04.07.1992-ci il təvəllüdlü, Gürcüstan Respublikasının Marneuli rayonunun Ağaməmmədli kəndində ziyalı ailəsində dünyaya göz açmış Babakişiyev Salman Gəray oğludur.

O, orta məktəbi Sabunçu rayonu A.Qambayzadə adına orta məktəbdə oxumuş, 2010-cu ildə bu məktəbi bitirdikdən sonra Ukraynanın Kiyev şəhərində "KROK" İqtisadiyyat və Hüquq Universitetinə qəbul olaraq, 2014-cü ildə Universiteti bitirmişdir. Salman vətəninə, torpağına, dövlətinə bağlı olan igid oğullardan biridir. Çünki o, Ali təhsil almasına baxmayaraq həmişə qəlbində Vətən və torpaq sevgisi olub.
Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
Ali məktəbi bitirdikdən sonra, 2014 -cü ildə o, hərbi xidmətə çağırılmış və hərbi xidmətini N saylı hərbi hissədə keçirmişdir. Hərbi hissədə qulluq etdiyi dövrdə o, nümunəvi xidmətinə, döyüş hazırlığı və idman dərslərində, o cümlədən hərbi hissələr arasında keçirilən yarışlarda aktiv olaraq, fəal iştirakına görə hərbi hissə komandiri tərəfindən dəfələrlə Fəxri Fərman və müxtəlif mükafatlarla təltif olunubdur. Salmanın həmişə bir tək arzusu olub: " Tez bir zamanda cənab Prezident tərəfindən əmr verilsin Vətəninə xidmət edib, torpaqlarımızı erməni işğalından azad etsin."
Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
Salmanın nəhayət ki, həmin gözlədiyi an gəldi və Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə ölkədə qismən səfərbərlik elan olundu. O, 28 aprel 2020-ci ildə Xətai rayonu Hərbi Komisarlığın səfərbərlik idarəsinə könüllü olaraq Qarabağ torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etdiyinə tam hazır olduğunu bildirib və 29 aprel 2020-ci ildə səfərbərlik idarəsindən döyüşə, Vətənini, torpağını mənfur erməni faşistlərindən azad etmək üçün yollanıb.
Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
Onun döyüş əməliyyatları ilk öncə Goranboy rayonunun Ağca kəndindən başlamışdır. Sonra Ballıqaya və Talış kəndində, daha sonra Sarcalıda, Ağdərə ərazisində Ağuçuğ deyilən meşənin ətəyində, Suqovuşan və Kəlbəcərdə döyüşübdür. Döyüş bitdikdən, şanlı ordumuz qələbə əldə etdikdən sonra isə Salman Ağdərə və Talış kəndinin üstündə yerləşən dağlıqda Qaranlıq meşə deyilən yerdə, onlar üçün ayrılmış postda Vətənə olan xidmətini davam etdiribdir.
Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Babakişiyev Salman Gəray oğlu Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

P.S. Sonda məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Vətəni üçün canından, qanından keçməyə və özünün müsahibəsində dediyi kimi: "Mən fəxr edirəm ki, torpaqlarımızın azad olunması uğrunda döyüşmüşəm və lazım gələrsə yenə də hər zaman döyüşməyə hazıram" söyləyən fəxrimiz Salman Babakişiyevi təbrik edərək, ona həyatda xoş və firavan ömür, gələcək işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Biz sizin kimi igid, mərd, qəhrəman Vətən oğullarımızla daima qürur duyur və fəxr edirik!
Babakişiyev Salman "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu
#BizBirlikdəGüclüyük!

Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı