Tarix : 20-05-2020, 17:35 | Bölmə:

Zelenski Poroşenkoya qarşı cinayət işinin başlanmasına münasibət bildirdiUkrayna Prezidenti Vladimir Zelenski keçmiş hökumət nümayəndələrini, o cümlədən keçmiş prezident Pyotr Poroşenkonu “çox müxtəlif sərgüzəştlər və cəzalar” gözlədiyinə inandığını deyib.

“İzvestiya” xəbər verir ki, Ukrayna başçısı bunu bu gün keçirilmiş mətbuat konfransında bildirib.

“Poroşenkonun məsələsinə gəlincə, mən buna əminəm, hər şeyin hələ qabaqda olduğuna əminəm... Fikrimcə, ölkəni elə idarə ediblər ki, onları hələ çox fərqli sərgüzəştlər və hökmlər gözləyir”, - Zelenski qeyd edib.

Prezident deyib ki, bu barədə danışmaq istəmir, çünki “bu, onun yox, məhkəmənin səlahiyyətinə aiddir”.

Xatırladaq ki, Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işinə başlayıb.

Oxşar xəbərlər