Mövlud Çavuşoğlu: “Kədərdə və sevincdə - həmişə birlikdəyik”
Sosial
14-01-2022, 12:06
269
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasındakı diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə xüsusi paylaşım edib.
Mövlud Çavuşoğlu Azərbaycana ünvanlandığı təbriki özünün şəxsi “Twitter” səhifəsində yazıb.
“Bu gün Can Azərbaycanla diplomatik münasibətlərimizin yenidən qurulmasının, qardaşlarımıza yenidən qoşulmamızın 30-cu ildönümüdür. Kədərdə və sevincdə - həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Bir millət, iki dövlət”, - XİN başçısı qeyd edib.