Texnologiya - Memur.az
"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
<content:encoded><![CDATA[İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.
Təşəbbüs "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir və dövlət xidmətlərinin təqdimatından vətəndaş təcrübəsinin dizaynına keçidi hədəfləyir. Əsas məqsəd xidmətlərin real istifadəçi ehtiyaclarına əsaslanaraq davamlı şəkildə təkmilləşdirilməsidir.
Bu yanaşma əsasında keçirilən görüşlər vətəndaş rəylərinin xidmətlərin ilkin mərhələdən formalaşdırılmasına inteqrasiyasını təmin edir. Təşəbbüs həm aktiv istifadəçiləri, həm də rəqəmsal xidmətlərdən məhdud istifadə edən qrupları əhatə edir.
İlk görüş 30 aprel tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş tutub. Görüşdə "mygov" platformasında təqdim olunan etibarnamə xidmətlərindən istifadə etmiş vətəndaşlar iştirak ediblər.
Müzakirələr zamanı istifadəçi təcrübəsi, xidmətlərin əlçatanlığı və interfeysin sadələşdirilməsi ilə bağlı rəylər toplanıb. Toplanan rəy və müşahidələr əsasında xidmətlər üzrə addımların azaldılması, interfeysin optimallaşdırılması və istifadə prosesinin daha sadə və aydın qurulması istiqamətində ilkin qərarlar formalaşdırılıb.
"mygov" bu çərçivədə dövlət xidmətlərinə çıxış üçün vahid platforma və vətəndaş iştirakını təmin edən əsas institusional mexanizm kimi çıxış edir. Toplanan rəy və məlumatlar xidmətlərin vətəndaş rəyləri və istifadəçi davranış məlumatları əsasında sistemli şəkildə təkmilləşdirilməsinə imkan verəcək.
Bu təşəbbüs vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakını genişləndirir və dövlət xidmətlərinin daha çevik, əlçatan və istifadəçi yönümlü inkişafına xidmət edir.
Xatırladaq ki, "mygov" platformasında vətəndaşlara nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə, nəqliyyata sərəncam etibarnaməsi, etibarnaməyə xitam kimi rəqəmsal xidmətlər təqdim olunur. Eyni zamanda vətəndaşlar etibarnamə məlumatlarını platforma üzərindən əldə edə bilirlər.]]></content:encoded>
"New Glenn" raketi Marsın maqnitosferini öyrənmək üçün iki zond göndərib
<content:encoded><![CDATA[Amerika milyarderi Ceff Bezosun təsis etdiyi "Blue Origin" şirkətinin "New Glenn" raket daşıyıcısı kosmosa iki ESCACADE zond göndərib. Zondlar ABŞ planetşünasları tərəfindən Marsın maqnit qabığının xüsusiyyətlərini öyrənmək üçün hazırlanıb.
"Report"un məlumatına görə, buraxılış şirkətin veb saytında canlı yayımlanıb.
Buraxılış Florida ştatının Kanaveral burnundan yerli vaxtla saat 15:55-də (Bakı vaxtı ilə saat 00:55) baş tutub. Otuz dörd dəqiqə sonra şirkət peyklərin Marsa doğru gedən kosmik gəmidən ayrıldığını təsdiqləyib. Zondların 2027-ci ilin sentyabrında planetin ətrafındakı orbitə çıxması gözlənilir.
Buraxılış əvvəlcə noyabrın 9-da planlaşdırılırdı, lakin hava şəraiti və artan günəş aktivliyi səbəbindən iki dəfə təxirə salınıb.
Bu, potensial olaraq İlon Maskın "SpaceX" şirkətinin raketləri ilə rəqabət apara biləcək "New Glenn" raketinin ikinci buraxılışı idi. "New Glenn"in ilk sınaq buraxılışı 2025-ci ilin yanvarında, raket nəzərdə tutulan orbitə çatdıqda baş tutdu. Lakin "Blue Origin" ilk mərhələni Atlantik okeanında Bezosun anasının adını daşıyan "Jacklyn" üzən platformasına qaytara bilməyib. Şirkət bu dəfə buna nail olub.]]></content:encoded>
Almaniya Dubayda yeni dronunu təqdim edəcək
<content:encoded><![CDATA[Almaniyanın "Aerodata" şirkəti 2025-ci ildə Dubayda keçiriləcək beynəlxalq "Dubai Airshow" sərgisi çərçivəsində "MALE" (orta hündürlükdə, uzun müddətli uçuş) sinfinə aid yeni kəşfiyyat dronu "AeroForce X"i təqdim edəcək.
"Report" bu barədə "Defence Network" nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, təyyarə tipli cihaz klassik kəşfiyyat missiyalarını yerinə yetirmək və radioelektron kəşfiyyat aparmaq imkanına malik olacaq. İkimühərrikli dronun maksimal uçuş çəkisi təxminən beş ton olacaq və o, 1,3 tona qədər faydalı yük daşıya biləcək. Uçuş müddəti isə 40 saat təşkil edəcək.
İstehsalçı vurğulayır ki, "AeroForce X" tamamilə Almaniya istehsalıdır. Cihaz ABŞ tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmayacaq, bu səbəbdən "Aerodata" dronları xarici sifarişçilərə tədarük edə biləcək.]]></content:encoded>
Çində reaktiv çanta nümayiş etdirilib
<content:encoded><![CDATA[Çinin Çjeçzyan Universitetinin Xuçjou Tədqiqat İnstitutunun mühəndislər komandası insanı havada hərəkət etdirə bilən reaktiv çantanı uğurla sınaqdan keçirib.
"Report"un Çinin Mərkəzi Televiziyasına istinadən məlumatına görə, pilotun idarə etdiyi şəxsi uçuş aparatının sürəti saatda 100 km-ə çata bilir.
"Bu çantanın hazırlanması üç-dörd il, uçuş sınaqları isə iki il çəkib. Bu, ən inkişaf etmiş və yetkin sistemimizdir", - qısa nümayiş uçuşunu həyata keçirən "JetRob" komandasının mühəndisi Çzyao Boçzin bildirib.
Cihaz beş reaktiv mühərriklə təchiz olunub. Yanacaq çənləri reaktiv çantanın hər iki tərəfində yerləşir. Çəkisi 31 kq, dolu çənlə isə 46 kq-dır. Pilot üç-beş dəqiqə havada qala bilər. Cihaz yerdən 2 metrdən çox yüksəkliyə çata bilər, lakin dəniz səviyyəsindən 1 500 metrə qədər yüksəkliklərdə istifadə edilə bilər.
Çzyao Boçzinin sözlərinə görə, velosipeddə olduğu kimi, çantanı da təhlükəsiz və rahat idarə etməyi öyrənmək üçün vaxt lazımdır. O əlavə edib ki, gələcəkdə humanoid robotlar bel çantasını idarə edə, təhlükəli və çətin mühitlərdə uçuşlara imkan yarada biləcəklər.]]></content:encoded>
Kim Çen İn pilotsuz uçuş aparatlarının sınaqlarını izləyib
<content:encoded><![CDATA[Şimali Koreya rəhbəri Kim Çen İn pilotsuz uçuş aparatlarının sınaqlarını izləyib.
"Report"un məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) məlumat yayıb.
Sınaqdan keçirilən PUA-lar elmi-tədqiqat institutlarında hazırlanıb və Pilotsuz Aviasiya Texnikası Birliyinə bağlı müəssisələrdə istehsal olunur. Kim Çen İn 18 sentyabr tarixində strateji və taktiki kəşfiyyat PUA-ları, eləcə də çoxməqsədli dronlar daxil olmaqla, müxtəlif silahların xüsusiyyətləri ilə ətraflı tanış olub.
"Sınaqlar zamanı strateji kəşfiyyat PUA-sının hərbi-strateji dəyəri və yenilikçi xüsusiyyətləri, eləcə də "Kımson" seriyalı taktiki zərbə dronlarının yüksək döyüş effektivliyi aydın şəkildə təsdiqləndi", - agentliyin məlumatında bildirilib.
Kim Çen İn həmçinin süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi və pilotsuz aparatların seriyalı istehsalının artırılması üzrə tədbirləri müzakirə edib.]]></content:encoded>
Çin dənizdən 11 peyki olan "Jielong-3" raketini kosmosa göndərib
<content:encoded><![CDATA[Çinin "Chinarocket" şirkəti kommersiya məqsədli "Jielong-3" raketindən (həmçinin "Smart Dragon-3" adlanır) istifadə edərək "Geely"nin 11 peykini uğurla orbitə çıxarıb.
"Report"un xəbərinə görə, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.
Korporasiyanın "WeChat" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, buraxılış sentyabrın 9-da Pekin vaxtı ilə saat 03:48-də (Bakı vaxtı ilə sentyabrın 8-də, saat 23:48) Sarı dənizdəki Jiçjao şəhəri (şərqi Şandun əyaləti) yaxınlığındakı platformadan həyata keçirilib.
Orbitə buraxılan kosmik gəmi Çinin "Geely Automotive" şirkəti tərəfindən istifadə ediləcək. Bu, "Geely"nin beşinci peyk qrupudur, onun vəzifəsi avtonom idarəetmə xidmətlərinin və avtomobillərarası rabitənin sınaqdan keçirilməsini təmin etməkdir. Bu cür texnologiyalar həm də okeanı izləməyə imkan verir.]]></content:encoded>
Hindistan kosmosa humanoid robot göndərməyi planlaşdırır
<content:encoded><![CDATA[Hindistan dekabr ayında kosmosa insanabənzər robot göndərməyi planlaşdırır. Bu, Hindistanın ilk insanlı kosmik missiyası "Qaqanyan"a hazırlıq üçün yeni addım olacaq.
“Report” xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri V. R. Narayanan bildirib.
“Dekabrda insanabənzər robotun iştirak etdiyi missiya olacaq", - o deyib.
Vyommitra adlı bir humanoid robot (sanskrit dilindən Vyoma - kosmos, Mitra - dost) qadın görünüşü ilə kapsulda avtonom uçuş aparmaq üçün xüsusi olaraq hazırlanıb. Ehtimal olunur ki, robot kosmik şəraitdə gəminin bütün əsas sistemlərini - həyatı təmin edən sistemlərdən tutmuş uçuşu idarəetmə sistemlərinə qədər işini yoxlayacaq.
"Əgər missiya uğurlu olsa, biz gələn il daha iki pilotsuz missiya həyata keçirəcəyik. Bütün sınaqlar başa çatdıqdan sonra baş nazir Narendra Modinin elan etdiyi əsas pilotlu missiya "Qaqanyan" 2027-ci ilin martında işə salınacaq", - ISRO rəhbəri bildirib.
2018-ci ilin avqustunda Hindistanın Baş naziri Narendra Modi ölkəsinin ilk milli kosmik ekipajını orbitə göndərəcəyini rəsmən elan edib. Onun dörd üzvü artıq Rusiyada təlim keçiblər və hazırda Hindistanda təlimlərini davam etdirirlər. Layihənin adı "Qaqanyaan" (sanskritcə "Qagana" sözündəndir, cənnət deməkdir) "səmavi gəmi" deməkdir.]]></content:encoded>
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb
<content:encoded><![CDATA[Bu ilin may ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (79,25 MB/S) görə aprel ayına nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 87-ci olub.
"Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (39,48 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 2 dəfə artıb.
Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (372,02 MB/S), axırıncı yeri isə Suriya (3,19 MB/S) tutub.
Azərbaycan mayda mobil internetin sürətinə görə isə mart ayına nisbətən 2 pillə geriləyərək 73,83 MB/S sürətlə 103 ölkə arasında 57-ci olub.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (539,84 MB/S), sonuncu yeri isə Boliviya (13,45 MB/S) tutub.
Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 196 şəhər arasında 78,86 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Lion (349,44 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,36 MB/S) qərarlaşıb.
Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 90,88 MB/S sürətlə 148 şəhər arasında 84-cü olub.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (594,88 MB/S), sonuncu yeri La Paz (Boliviya) (10,12 MB/S) tutub.]]></content:encoded>
Çin dronlara qarşı yeni zenit-raket-top kompleksi hazırlayıb
<content:encoded><![CDATA[Çin dronlarla mübarizə üçün nəzərdə tutulmuş yeni zenit-raket-top kompleksi (ZRTK) hazırlayıb.
“Report” bu barədə “Defence Blog” nəşrinə istinadən xəbər verir.
SWS3 sistemi 6x6 və 4x4 təkər tənzimləməli zirehli avtomobillərə quraşdırıla bilər.
Çinin zenit-raket-top kompleksinin arsenalına iki 35 mm-lik avtomatik top və “yer-hava” raketləri daxildir. SWS3 dronlardan əlavə qanadlı raketləri, dəqiqlikli sursatları və alçaqdan uçan digər hədəfləri vura bilir.
Çinin zenit-raket-top kompleksi bir radar stansiyası və hədəflərin axtarışı üçün optik-elektron komplekslə təchiz olunubı. SWS3 avtonom şəkildə və eşelonlu hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi fəaliyyət göstərə bilər.]]></content:encoded>
“Roskosmos”: Ay stansiyasının yaradılmasına 13 ölkə qoşulub
<content:encoded><![CDATA[Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması işində Rusiya və Çinə 13 ölkə, o cümlədən BRICS-dən olan ölkələr qoşulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.]]></content:encoded>