“Microsoft”un imzasını almış virus yayılıb » Memur.az

“Microsoft”un imzasını almış virus yayılıb

“Microsoft”un imzasını almış virus yayılıbKompüterlərə “FiveSys” adlı yeni virus yayılıb.

O, hansısa yolla “Windows” drayverləri üçün nəzərdə tutulmuş sertifikatlaşdırma proqramını uğurla keçib və “Microsoft” rəqəmsal imzasını alıb.

Məhz bu, virusun istifadəçilər tərəfindən asanlıqla qəbul edilməsini təmin edir. Belə ki, onlar hansısa rəsmi proqram təminatını yüklədiklərini düşünsələr də, bunun virus olduğundan xəbərsizdilər.

Məlumata görə, hakerlər bu virus vasitəsilə kompüterdə baş verənləri gizlincə izləyə və cihazı idarə edə bilirlər.

Mənbə: Vesti.ru