Tarix : 6-05-2021, 10:21 | Bölmə: texnologiya

İlon Maskın kosmik gəmisi nəhayət uğurlu eniş edə bildiİlon Maskın “Starship” mars gəmisinin prototipi Texasda sınaqlar zamanı uğurlu eniş edib.

“Space X” şirkətinin “YouTube” kanalında bununla bağlı görüntülər paylaşılıb.Qeyd edək ki, cari ilin əvvəlindən gəminin prototipinin üç sınağı uğursuzluqla nəticələnib. Onlar ya eniş zamanı yerə çırpılıb, ya da partlayıb. Martın 4-də keçirilən sınaqlar zamanı isə gəmi endikdən bir neçə dəqiqə sonra partlamışdı.

Oxşar xəbərlər