Tarix : 27-04-2021, 10:13 | Bölmə: texnologiya

100 illik yubileyə özəl yeni “Mazda CX-9” satışda“Mazda” 100 illik uğurlu və əzəmətli tarixini qeyd edir və bunu məhdud sayda xüsusi avtomobillərlə taclandırır.

Dizaynerlər bu avtomobillərin üzərində işləyərkən “Mazda”nın ilk minik maşını “R360 Coupe”dən ilham alıblar. Beləliklə, xüsusi seriyaya daxil olan avtomobillər həm “Mazda”da görməyə alışdığımız müasir, etibarlı və sınanmış üstünlüklərlə təchiz olunub, həm də yalnız yubiley buraxılışında görə biləcəyiniz, tarixdən ilhamlanmış dizayn elementləri ilə zənginləşdirilib.

Bunlardan ilki kuzov və salondakı fərqləndirici “100th anniversary” loqotip detalıdır. Modellərin eskteryeri zərif bəyaz mirvari rəngi ilə seçilir. Tünd-qırmızı rəngli “Nappa” eko-dəri salon örtüyü isə təkrarolunmaz, eleqant görüntü yaradır.

Eksklüziv seriyaya daxil olan modellərdən biri də “Mazda CX-9”dur. Bu toxunuşlarla “Mazda CX-9” yollarda özəl və fərqli hiss etmək üçün unikal avtomobilə çevrilir. Bununla yanaşı, 2.5L SKYACTIV mühərriklə (231 at/g) təchiz olunmuş avtomobil həmişəki kimi ən yüksək səviyyədə idarəetmə, texnoloji imkanlar, əyləncə sistemi və innovativ təhlükəsizlik funksiyaları ilə təmin olunub.100 illik yubileyə özəl yeni “Mazda CX-9” satışda
100 illik yubileyə özəl yeni “Mazda CX-9” satışda

Oxşar xəbərlər