Azərbaycan traktor istehsalını artırır » Memur.az

Azərbaycan traktor istehsalını artırır

Azərbaycan traktor istehsalını artırırGəncə avtomobil zavodu İstehsalat Birliyi Belarus şirkətləri ilə əməkdaşlığı bundan sonra da sıx davam etdirəcək.

Bu barədə məlumatı Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib.

Bu ilin sonuna kimi müəssisə Minsk Traktor zavodu ilə 1 000 ədəd traktorun, BELAVTOMAZ konserni ilə isə yeddi ağır tonnajlı avtomobilin yığılması üçün komplekləşdiricilərin göndərilməsi ilə bağlı rəsmi müqavilə imzalayıb.

“Müəssisəmiz Belarus-Azərbaycan birgə iqtisadi əlaqələr çərçivəsində fəaliyyətini xeyli genişləndirib. Hazırda 6-7 Belarus şirkəti ilə sıx əməkdaşlıq edirik. Aprel ayının 13-14 də Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya işgüzar səfəri zamanı bağlanılan ikitərəfli əməkdaşlıq sazişi çərçivəsində daha bir neçə rəsmi müqavilə imzalanıb ki, bu da müəssisəmizin inkişafında xüsusi rol oynayacaq”, - deyə Xanlar Fətiyev əlavə edib.

Müşahidə Şurasının sədri onu da bildirib ki, bu əməkdaşlıq çərçivəsində digər layihələr üzrə də işlər davam etdiriləcək. Belə ki, sifarişlər olduğu təqdirdə bütün növ texnikaların yığımını reallaşdırmaq mümükün olacaq.