“Kasperski Laboratoriyası” özünün əməliyyat sistemini hazırlayıb » Memur.az

“Kasperski Laboratoriyası” özünün əməliyyat sistemini hazırlayıb

“Kasperski Laboratoriyası” özünün əməliyyat sistemini hazırlayıb"Kasperski Laboratoriyası"nın mütəxəssisləri "Kaspersky OS" adını almış yeni əməliyyat sistemi üzərində işi yekunlaşdırıblar.

Memur.Az lent.az-a istinadən xəbər verir ki, bu məhsulun əsas xüsusiyyəti onun müdafiəsi olacaq.

Mütəxəssislərin sözlərinə görə, onların əməliyyat sistemləri mühüm infrastrukturlarda və hökumət qurumlarında istifadə üçün nəzərdə tutulub. Hazırda əməliyyat sistemi "Kraftway" şirkətinin marşrutlaşdırılmış kommutatorlarına tətbiq olunur. Bu cihaz tam məxfiliyi və yüksək təhlükəsizlik səviyyəsini təmin edən ilk etibarlı kompleks olub.

"Kraftway" şirkətinin Biznesin İnkişafı Departamentinin sədr müavini Maksim Şumilov bildirib ki, bu sistem olduqca çevik və təhlükəsizdir.