Linkedin çökür: şəbəkə böhrandadır » Memur.az

Linkedin çökür: şəbəkə böhrandadır

Linkedin çökür: şəbəkə böhrandadırDünyada peşəkarlar üçün ən böyük sosial şəbəkə sayılan Linkedin yaradıldığı gündən bəri ən ağır günlərini yaşayır. Böhranla üzləşmiş şəbəkənin səhmləri dünən 43 faiz ucuzlaşıb. Bu isə şəbəkənin birja kapitallaşma dəyərinin 11 milyard dollar aşağı düşməsi deməkdir.

Memur.Az Reuters-ə istinadən bildirir ki, şəbəkənin səhmlərinin Nyu-York Fond Birjasında belə ucuzlaşmasının səbəbi Linkedin-in 2015-ci ildəki fəaliyyətinin nəticələri və 2016-cı ilin ilk rübü ilə bağlı proqnozlarının yer aldığı hesabatın açıqlanmasıdır.

2015-ci ilin sonuclarına görə şirkətin gəlirləri 35 faiz artaraq 2,9 milyard dollar təşkil edib. Maliyyə ilinin nəticələrinə görə, Linkedin-in xalis itkiləri 166 milyon dollar təşkil edib. 2014-cü ildə bu rəqəm 15,7 milyon dollar idi.

2016-cı ilin ilk rübü ilə bağlı proqnozlar anatiliklərin ehtimallarından daha bədbindir.

Məsələn, Bloomberg ekspertləri hesab edirdilər ki, sosial şəbəkənin gəlirləri bu ilin ilk rübündə 867 milyon dollar olacaq. Linkedin isə rəqəmin 820 milyon dollardan artıq olmayacağını bildirib.

2002-ci ildə yaradılmış Linkedin-in 414 milyon istifadəçisi var. Son bir ildə şəbəkənin səhmləri 57 faiz ucuzlaşıb.