“Tvitter”in yaradıcıları postlarda simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədir » Memur.az

“Tvitter”in yaradıcıları postlarda simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədir

“Tvitter”in yaradıcıları postlarda simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədir

“Tvitter” sosial şəbəkənin yaradıcıları dərc edilən postlarda (yazılarda) simvolların sayını 10 minədək çoxaltmaq niyyətindədirlər.

Memur.Az xəbər verir ki, bu barədə “Re/code” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hazırda istifadəçilər maksimum 140 simvoldan ibarət postlar dərc edə bilirlər.

Lakin, artıq 2016-cı ilin birinci rübünün sonuna bu məhdudiyyətə dəyişiklik ediləcəyi planlaşdırılır.

Məlumatda qeyd olunur ki, şirkətin mənzil-qərargahında bu məlumata şərh verməkdən boyun qaçırıblar.