Daha bir kanal “Azerspace-1” üzərindən yayıma başladı
texnologiya
3-11-2015, 12:07
714
Müqavilə imzalanıb.
“Azərkosmos” ASC və “CBC Sport” televiziya kanalı arasında müqavilə imzalanıb.
“Azərkosmos” ASC-dən Memur.Az-a verilən məlumata görə, müqaviləyə əsasən, “CBC Sport” “Azerspace-1” peyki üzərindən yayıma başlayıb.
““CBC Sport” kanalı noyabrın 2-dən etibarən 11135/H/27500 tezliyi ilə yayımlanır. Tamaşaçılardan xahiş olunur ki, yuxarıda göstərilən qəbuledici parametrlər üzrə axtarış etsinlər”, - deyə “Azərkəmos”-dan bildirilib.