Noutbukların satışı artır » Memur.az

Noutbukların satışı artır

Noutbukların satışı artır

Digitimes Researchin analitikləri iddia edir ki, 2015-ci ilin sentyabrında noutbukların qlobal tədarükü üzrə artım qeydə alınıb.

Mütəxəssislərin fikrincə, yeni Windows 10 əməliyyat sisteminin (ƏS) və Intel Skylake prosessorlarının çıxarılması noutbuk seqmentində yenidən müsbət dinamikaya qayıtmağa imkan yaradıb. Ekspertlər hesab edirlər ki, məhz bu amillər sayəsində cari ilin üçüncü rübündə noutbukların qlobal tədarükü ötən rüblə müqayisədə 6 faiz artıb. Amma 2014-cü ilin iyul-sentyabr ayları ilə müqayisədə tədarükün həcmi 9,1 faiz azalıb.

Memur.az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl IDC və Gartner şirkətinin analitikləri masaüstü sistemlər və noutbukları əhatə edən qlobal FK bazarı üzrə məlumatlarını dərc ediblər. Birinci analitik şirkət ötən rüb 11 faiz azalma, ikinci şirkət isə 7,7 faiz azalma qeydə alıb.

Beş ən iri noutbuk istehsalçısı arasında yalnız Apple korporasiyası üçaylıq deyil, həm də illik hesablama üzrə nəticələrini yaxşılaşdırmağa nail olub. Wintel (Windows ƏS və Intel prosessoru ilə işləyən qurğular) platformasında yığcam kompüterlər istehsal edən başqa şirkətlərin əksəriyyəti yalnız ötən rüblə müqayisədə tədarükü artırıblar.