Dubayda tullantıları enerjiyə çevrilən dünyanın ən böyük zavodu açıldı
texnologiya
5-07-2023, 09:48
48

Dubayın vəliəhd şahzadəsinin sözlərinə görə, stansiya 220 MVt/saat elektrik enerjisi istehsal etmək iqtidarındadır ki, bu da 135 000 mənzilə xidmət göstərmək üçün kifayətdir.
Müəssisə ətraf mühitə mənfi təsir göstərmədən ildə 2 milyon ton tullantı emal edə bilər.
Qeyd edək ki, 2021-ci ildə BƏƏ 2050-ci ilə qədər ölkənin karbon neytrallığına nail olmağı hədəfləyən “Net Zero 2050” strateji təşəbbüsünü təqdim edib. Bu təşəbbüs təmiz enerji mənbələrinin tətbiqinə yönəlib.
Mənbə: TASS