Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDI » Memur.az

Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDI

Azərbaycanda “AvtoVAZ”ın satışı DAYANDIAzərbaycanda yeni “Lada” modellərinin satışı dayanıb.

“APA-Economics”in avtomobil bazarından əldə etdiyi məlumata görə, bu markanın Azərbaycanda rəsmi təmsilçisi “Xəzər-Lada”nın satışları aprel ayından etibarən dayanıb. Səbəb kimi Rusiyada istehsalın dayanması və buna görə də Azərbaycana yeni modellərin gətirilməməsi göstərilir.

“Xəzər-Lada”nın rəhbərliyi sözügedən məlumatı təsdiqləsə də, satışların dayanmadığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl şirkətdən verilən açıqlamada iyun ayına qədər bütün sifarişlərin “AvtoVAZ” tərəfindən qəbul edildiyi bildirilmişdi.

Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda 268 yeni “Lada” satılıb. Rusiya avtomobilin markası bu göstərici ilə ən çox satılan avtomobillər siyahısında dördüncü olub.