NASA Marsa insan ayağının dəyəcəyi tarixi açıqladı » Memur.az

NASA Marsa insan ayağının dəyəcəyi tarixi açıqladı

NASA Marsa insan ayağının dəyəcəyi tarixi açıqladıABŞ Milli Aerokosmik Agentliyi (NASA) 2040-cı ilə qədər Marsa insan göndərməyi planlaşdırır.

Bu barədə NASA-nın rəhbəri Bill Nelson departamentin işi haqqında illik hesabatı ilə çıxış edərkən bildirib.

“Bizim planımız 2040-cı ilə qədər insanların Marsın səthində gəzməsidir”, - deyə o bəyan edib.

Nelson qeyd edib ki, bu istiqamətdə, xüsusən Marsa eniş üçün aparatlarının hazırlanması və Marsla Ayın səthindəki insanları elektrik enerjisi ilə təmin etmək məqsədilə elektrik stansiyalarının yaradılması üzrə işlər davam etdirilir.

NASA rəhbəri əlavə edib ki, Marsın tədqiqi istiqamətində ilk addım insanın Aya qayıtması və onun orbitində stansiyanın yaradılması olacaq ki, bu da kosmosun dərinliklərinin tədqiqi üçün istinad nöqtəsinə çevriləcək.

“Bizim vəzifəmiz Ayda işləmək və yaşamaqla əldə etdiyimiz bilikləri Günəş sisteminin digər bölgələrində tətbiq etməkdir”, - deyə o vurğulayıb.

Mənbə: TASS