Sosial - Memur.az
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Bavariyanın baş nazirinin müavini, federal torpağın iqtisadiyyat naziri və "Azad Seçicilər" Partiyasının lideri Hubert Ayvanqer Berlində hotellərdən birində ölü tapılıb.
"MemurTv.az" xəbər verir ki, bu barədə "Bild" nəşri Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, noyabrın 4-də, çərşənbə günü Berlində "Azad Seçicilər" Partiyasının nümayəndəliyinin açılışı olub. Ayvanqer özünü yaxşı hiss etmədiyi üçün tədbirdə iştirak etməyib və Almaniya paytaxtının mərkəzində yerləşən "Neuer Fritz" hotelində qalıb.
Siyasətçinin ölüm səbəbi hələlik məlum deyil. Hadisə barədə ailəsinə məlumat verilib.
Ayvanqer 2018-ci ildən Bavariyanın Baş naziri Markus Zederin müavini və federal torpağın iqtisadiyyat, regional inkişaf və energetika naziri vəzifələrini tutub.
"Azad Seçicilər" Partiyası Bavariyada Xristian-Sosial İttifaqı (XSU) ilə birlikdə hakim koalisiyada təmsil olunur. Siyasətçinin mülki nikahda olduğu, Regensburq dairəsinin administrasiya rəhbəri Taniya Şvaygerlə nikahından iki övladı var.
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Bilgəh avtomobil yolunun Buzovna dairəsinin altında yerləşən yol qovşağında bu gün saat 12:00-dan etibarən 90 m³-lik nasosxana anbarının təmizlənməsi işləri aparılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təmizlik işləri ilə əlaqədar avtomobil yolunun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.
Yusif İsmayılov – dövlət xidmətində məsuliyyət, insanlıq və vətənpərvərlik nümunəsi
Dövlətə və xalqa xidmət etmək, üzərinə düşən vəzifə borcunu məsuliyyətlə yerinə yetirmək, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmaq hər bir dövlət qulluqçusunun əsas mənəvi və peşə prinsiplərindən olmalıdır. Dövlət qurumlarında çalışan elə insanlar var ki, onlar öz davranışları, insanlara münasibətləri, işgüzar keyfiyyətləri və vətəndaşlara göstərdikləri diqqətlə ətrafdakıların hörmətini qazanırlar. Belə şəxslərdən biri də Yevlax rayonu 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini Yusif İsmayılovdur.
Yusif İsmayılov haqqında söz açarkən, ilk növbədə, onun xidməti fəaliyyətində məsuliyyətə, intizama, insan amilinə və vətəndaş məmnunluğuna verdiyi əhəmiyyəti qeyd etmək lazımdır. Çünki hər bir vəzifənin arxasında böyük məsuliyyət dayanır. Xüsusilə vətəndaşların gündəlik həyatında mühüm yer tutan qeydiyyat, imtahan və texniki baxış xidmətlərinin həyata keçirildiyi bir sahədə çalışmaq diqqət, dəqiqlik, qanunvericiliyə hörmət və yüksək ünsiyyət bacarığı tələb edir.
Yusif müəllimin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri insanlarla münasibətdə nümayiş etdirdiyi səmimiyyət və nəzakətdir. Vətəndaş dövlət qurumuna müraciət edərkən ilk növbədə qarşısında onu dinləyən, müraciətinə diqqətlə yanaşan və qanun çərçivəsində düzgün istiqamət verən əməkdaş görmək istəyir. Məhz bu məqamda dövlət qulluqçusunun peşəkarlığı ilə yanaşı, onun insani keyfiyyətləri də mühüm əhəmiyyət daşıyır. Yusif İsmayılovun fəaliyyəti barədə səsləndirilən müsbət fikirlər də onun insanlarla münasibətə xüsusi önəm verdiyini göstərir.
7 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin fəaliyyət istiqamətləri avtomobil nəqliyyat vasitələrinin qeydiyyatı, sürücülük imtahanları və texniki baxış kimi mühüm sahələri əhatə edir. Bu xidmətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun, şəffaf və məsuliyyətli şəkildə həyata keçirilməlidir. Belə bir məsuliyyətli sahədə rəis müavini kimi fəaliyyət göstərmək yalnız inzibati vəzifələrin icrası deyil, həm də kollektiv daxilində işgüzar münasibətlərin qorunmasını, xidmət intizamına riayət edilməsini və vətəndaşlarla düzgün ünsiyyətin təmin olunmasını tələb edir.
Yusif müəllimin xarakterini səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də şəhid ailələrinə və müharibə veteranlarına, xüsusilə qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdır. O, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə hörmətlə yanaşmağı, onların problemlərinə həssas münasibət göstərməyi və qazilərimizin xidmətlərini daim ehtiramla xatırlamağı mənəvi borc hesab edir. Şəhid ailələrinə və qazilərə qayğı göstərmək sadəcə xoş münasibət deyil, həm də milli-mənəvi dəyərlərimizə, dövlətçilik ənənələrimizə və Vətən qarşısında borc anlayışına sadiqliyin ifadəsidir.
Azərbaycan xalqının yaddaşında şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı hər zaman xüsusi yer tutur. Bu insanların ailələrinə diqqət göstərmək, onların müraciətlərinə həssas yanaşmaq və ehtiyac duyduqları zaman dəstək olmaq cəmiyyətin hər bir üzvünün mənəvi məsuliyyətidir. Yusif İsmayılovun şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırması onun vətənpərvərlik dəyərlərinə bağlılığının mühüm göstəricisi kimi qiymətləndirilir.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi sosial siyasətdə şəhid ailələrinin və qazilərin rifahının yüksəldilməsi xüsusi yer tutur. Bu siyasətin uğurla həyata keçirilməsi yalnız mərkəzi qurumların deyil, bütün dövlət strukturlarının və onların əməkdaşlarının üzərinə də mühüm vəzifələr qoyur.
Daxili işlər naziri cənab Vilayət Eyvazovun rəhbərliyi altında daxili işlər orqanlarında xidmət intizamının, qanunçuluğun, peşəkarlığın və vətəndaşlarla münasibətdə məsuliyyətin qorunması istiqamətində fəaliyyət göstərilir. Daxili İşlər Nazirliyinin strukturunda çalışan hər bir əməkdaşın öz xidməti vəzifəsinə vicdanla yanaşması, qanunun tələblərini əsas tutması və vətəndaşların hüquqlarına hörmətlə yanaşması dövlət xidmətinin əsas prinsiplərindəndir. Yusif İsmayılovun da çalışdığı sahədə bu prinsiplərə əməl etməsi, vətəndaşlara diqqət və qayğı ilə yanaşması mühüm əhəmiyyət daşıyır.
Yusif müəllim kimi insanların fəaliyyəti onu göstərir ki, dövlət qurumunda çalışmaq yalnız vəzifə səlahiyyətlərini yerinə yetirməkdən ibarət deyil. Burada insanlara münasibət, ədalətli yanaşma, səbir, təmkin və məsuliyyət də xüsusi rol oynayır. Bəzən bir vətəndaşın müraciətini diqqətlə dinləmək, ona düzgün məlumat vermək, qarşılaşdığı çətinliyin qanuni həll yolunu izah etmək həmin insanın dövlət qurumuna olan münasibətinə müsbət təsir göstərir.
Peşəkar əməkdaşın ən mühüm xüsusiyyətlərindən biri də kollektivdə sağlam iş mühitinin formalaşmasına töhfə verməsidir. İşgüzar münasibətlərin qorunması, qarşılıqlı hörmət, intizam və komanda ruhu hər bir idarənin fəaliyyətinin səmərəliliyini artıran amillərdəndir. Rəis müavini olaraq Yusif İsmayılovun da üzərinə düşən məsuliyyət bu istiqamətdə diqqətli və prinsipial olmağı tələb edir. Onun haqqında müsbət fikirlərin səsləndirilməsi, insanlarla münasibətdə diqqət və qayğıya önəm verməsi cəmiyyətdə dövlət xidmətinin nüfuzunun yüksəlməsi baxımından əhəmiyyətlidir.
Bu gün Azərbaycan cəmiyyətində vətənpərvər, dövlətinə və xalqına bağlı, milli dəyərlərə hörmət edən insanların fəaliyyəti xüsusi qiymətləndirilir. Şəhid ailələrinə ehtiram, qazilərə qayğı, yaşlı insanlara hörmət, vətəndaşların problemlərinə biganə qalmamaq hər bir insanın mənəvi zənginliyini göstərən keyfiyyətlərdir. Yusif müəllimin də bu dəyərlərə önəm verməsi onun haqqında müsbət təəssürat yaradan cəhətlərdəndir.
Əlbəttə, hər bir dövlət qurumunun əsas məqsədi qanunvericiliyin tələblərinə uyğun, şəffaf və keyfiyyətli xidmət göstərməkdir. Vətəndaşların hüquqlarının qorunması, müraciətlərə obyektiv münasibət bildirilməsi və xidmət prosesində qanunçuluğun təmin edilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Yusif İsmayılovun fəaliyyətində də bu prinsiplərin rəhbər tutulması onun çalışdığı sahənin məsuliyyətinə uyğun yanaşmanın vacibliyini bir daha ön plana çıxarır.
İnsan haqqında ən gözəl fikir onun insanlara münasibəti, davranışı və cəmiyyətə verdiyi töhfə ilə formalaşır. Vəzifə müvəqqəti, insanlara göstərilən hörmət və yaxşılıq isə yaddaşlarda qalıcıdır. Şəhid ailələrinə və qazilərə diqqət göstərmək, onların fədakarlığını unutmamaq, vətəndaşlarla səmimi ünsiyyət qurmaq hər bir rəhbər və məsul vəzifə sahibinin nümunə götürməli olduğu davranışlardır.
İnanırıq ki, Yevlax rayonu 7 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini Yusif İsmayılov bundan sonra da üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, vətəndaş məmnunluğunun qorunması, şəhid ailələrinə və qazilərə diqqət və qayğı göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Ona çətin və məsuliyyətli işində uğurlar, möhkəm cansağlığı, ailə səadəti və yeni nailiyyətlər arzulayırıq.
Yusif müəllimə ən böyük qiymət isə onun insanlara münasibətində, Vətənə xidmət edən qəhrəmanlarımızın ailələrinə göstərdiyi ehtiramda və dövlətinə, xalqına xidmət amalına sadiqliyindədir.
Amid Əliyev
“Memurtv.az”-ın rəhbəri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb.
Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrinin iri ölçülü dərialtı hematoması ilə əlaqədar gicgah-çənə oynağında hərəkət funksiyasının ağrı və şişkinlik hesabına məhdudluğu xəsarəti alıb.
Qadının həkimə müraciətindən sonra əri barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə iş açılıb.
Məlum olub ki, hadisə gecə saat 00:15 radələrində ailənin yaşadığı evdə baş verib. Belə ki, 57 yaşlı kişi gecə saatlarında yatarkən paltaryuyanın səsi onu narahat edib. o, qışqıraraq arvadından paltaryuyanın səsini kəsməsini tələb edib, daha sonra qadına hücum edərək yumruqla zərbə endirib.
Cinayət işinin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş qadın əri ilə barışdığını, aralarındakı narazılığın artıq həll edildiyini və şikayətçi olmadığını deyib.
Xameneinin yeri təhlükəsizliklə bağlı gizli saxlanılır
"MemurTv.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib.
"O, rəhbərlik məqamında çox fəal və tam hakim bir şəkildə iştirak edir. Bütün məsələlər ona təqdim olunur, onun qərarları da bizə çatır və bu baxımdan heç bir zəif nöqtə yoxdur. Ondan heç bir görüntü və ya çıxışın yayımlanmaması, əsasən təhlükəsizlik səbəbləri ilə bağlıdır. Hər halda, biz hücum etməyə çalışan düşmənlərlə üzləşirik. Bu məsələni ötən iki müharibədə təcrübə etmişik. Onlar rəsmilərimizi öldürüblər. Liderimizi (Əli Xamenei-red.) qətlə yetiriblər", - Əraqçi "Telegram" kanalında müsahibədən sitat gətirib.
Onun sözlərinə görə, ABŞ və İsrail ordusu müharibə zamanı İranın bəzi rəsmilərinin mənzilinə hücum etdiyi üçün M. Xameneinin yeri gizli saxlanılır:
"Hər halda, onun təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilmiş bir qərardır və mənim fikrimcə, bu, işlərin idarə olunmasında heç bir problem yaratmayıb".
“Rəqəmsal Media Ayı” keçiriləcək
Bu ay “Rəqəmsal Media Ayı” keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbir Media və Yayım Şurasının təşəbbüsü ilə təşkil olunacaq.
“Rəqəmsal Media Ayı”nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.
“28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
“Bakı Metropoliteni” QSC-nin “28 May” və “Nizami” stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işlərinin plana uyğun həyata keçirildiyini bildirib.
“11 ay müddət demişdik, 2 aydan bir qədər artıq vaxt keçib. Qazıntı işləri hazırda qaydasında gedir. Tunellərdən birində qazıntı işləri artıq 40 metrdən çox hissədə tamamlanıb. Digər tuneldə isə qazıntı işləri artıq 30,5 metri haqlayıb.
Tunellərdən birində geoloji və hidrogeoloji şərtlərin sərt üzü ilə qarşılaşmağa başlamışıq, amma buna baxmayaraq işlər plan üzrə gedir. İndiki planlarla xətlərin birləşdirilməsini söz verdiyimiz vaxta çatdırmaq imkanlarımız var”, - B.Məmmədov qeyd edib.
Ağdaşın 11 kəndində işıq olmayacaq - Yenilənib
Ağdaşın bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 2-də Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 35 kV-luq “Pirkəkə” hava xəttində təmir işi aparılacaq.
Görüləcək işlərlə əlaqədar rayonun Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:30-dan 13:30-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.
Rayon ərazisində yerləşən Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov, Uluxanlı küçələri, Hüseyn Cavid və Mətbuat prospektləri, İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bu yollarda tıxac var
Paytaxtın bəzi yollarında tıxac müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
12. Zərifə Əliyeva küçəsində;
Şəhid atası vəfat etdi
Abşeronda şəhid atası vəfat edib.
“Qafqazinfo” Oxu.Az-a istinadla xəbər verir ki, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib.
Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub.
Əli Heydərov hərbi xidmətini yerinə yetirərkən cəbhə xəttində düşmən təxribatlarının qarşısının alınmasında böyük şücaət göstərib.