Bu gün, 11:56
Azərbaycan səhiyyə naziri Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olub.
"Memurtv.az" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Səfər çərçivəsində müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Daha sonra nazir Lənkəran Regional Perinatal Mərkəzində müəssisənin fəaliyyəti, mövcud şəraiti, ana və uşaq sağlamlığının qorunması istiqamətində göstərilən tibbi xidmətlərlə tanış olub.
Anar Bayramov xəstəxananın rəhbərliyi ilə keçirilən görüşdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialından səmərəli istifadə və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Mənbə: https://memurtv.az/sosial/20339-anar-bayramov-lenkeran-rayon-merkezi-xestexanasinin-fealiyyeti-ile-tanish-olub.html