Bu gün, 10:40

İsmayıllıda 28 yaşlı kişi bıçaq xəsarəti alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisindəki kafedə qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.
İlkin məlumata görə, bıçaqlanma kafedə hesabın ödənilməsi üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: https://memurtv.az/sosial/20296-kafede-hesab-ustunde-dava-28-yashli-oglan-bichaqlandi.html