Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya ratifikasiya edilib

Bu gün, 13:35

Azərbaycan "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulur.

"Memurtv.az " xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Azərbaycan 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya bəyanatları və qeyd-şərtləri ilə qoşulur.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Mənbə: https://memurtv.az/sosial/20256-mulki-ve-ya-ticaret-ishleri-uzre-xaricde-subutlarin-toplanmasi-haqqinda-konvensiya-ratifikasiya-edilib.html