20 yaşlı sürücü qəza törədib - Ölən var

Bu gün, 10:43

20-yasli-surucu-qeza-toredib

Dünən Bakıda daha bir piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayevi vurub.
Sabunçu xəstəxanasına yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, dünən paytaxtın Nəsimi rayonunda da piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mənbə: https://memurtv.az/sosial/20253-20-yashli-surucu-qeza-toredib-olen-var.html