Bu gün, 10:19
Çin və Rusiya münasibətləri geniş perspektivlərə malikdir və dünya konyunkturasının təsirinə məruz qalmır.
"Memurtv.az" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı iqtisadi liderlərinin 33-cü görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.
"Sizinlə birgə qətiyyətli rəhbərliyimiz altında Çin-Rusiya münasibətləri geniş perspektivlərə malikdir və dünya konyunkturasının təsirinə məruz qalmır", - Çin lideri qeyd edib.
O əlavə edib ki, iki ölkə arasındakı münasibətlər təlatümlü və xaotik dünyaya sabitlik və müəyyənlik gətirir.
Öz növbəsində Putin bildirib ki, iki ölkə arasındakı münasibətlər "yüksələn xətlə" inkişaf edir, ticarət dövriyyəsi artır: "Ölkələrimiz arasındakı ticarət dövriyyəsi ardıcıl bir neçə ildir ki, 200 milyard dollar həddini əhəmiyyətli dərəcədə aşıb. Bu, bizim bu yaxınlarda qarşımıza qoyduğumuz hədəfdir".
Hazırda Putin və Si Cinpin işgüzar səhər yeməyi zamanı danışıqlar aparırlar.
Mənbə: https://memurtv.az/sosial/20149-si-cinpin-rusiya-ile-munasibetlerimiz-telatumlu-ve-xaotik-dunyaya-sabitlik-ve-mueyyenlik-getirir.html