Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib

Dünən, 11:00









Bakıda güclü külək fəsadlara səbəb olub.

“Qafqazinfo” İTV-yə istinadən xəbər verir ki, hadisə zamanı küləyin təsirindən ağac aşıb və park edilmiş avtomobilin üzərinə düşüb.

Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə, Xətai rayonu, Gəncə prospekti 97 ünvanında avtomobilin üzərinə aşmış sərv ağacı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən kəsilərək ərazidən götürülüb.



Mənbə: https://memurtv.az/sosial/20119-guclu-kulek-agaci-avtomobilin-uzerine-ashirdi-video-yenilenib.html