Bakıda külək ağacı aşırdı, iki nəfər təxliyə edildi

Bu gün, 00:41

Bakının Nəsimi rayonunda güclü külək nəticəsində aşan ağac fərdi yaşayış evinin giriş-çıxışını bağlayıb. Evdə qalan iki nəfər xilasedicilər tərəfindən təxliyə olunub.

MemurTv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə S.Əsgərova küçəsində qeydə alınıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sakinləri təhlükəsiz şəkildə evdən çıxarıblar.

Mənbə: https://memurtv.az/sosial/20110-bakida-kulek-agaci-ashirdi-iki-nefer-texliye-edildi.html