Bu gün, 15:21
Bolqarıstan Azərbaycandan qaz tədarükünün həcminin artırılacağına ümid edir.
"Memurtv.az"ın Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Baş naziri Rumen Radev Avropa Siyasi Birliyinin sammitindən əvvəl bildirib.
"Bizim müəyyən ehtiyaclarımız var və əgər Azərbaycan Bolqarıstana, eləcə də digər ölkələrə daha çox qaz tədarük edə bilərsə, buna görə minnətdar olarıq", - o qeyd edib.
R.Radev əlavə edib edib ki, iki ölkə arasında əməkdaşlıq təkcə qaz tədarükü sahəsində deyil, digər istiqamətlərdə də inkişaf edir. Xüsusilə tərəflər yaşıl enerji dəhlizi layihəsi üzərində işləyirlər.
Onun sözlərinə görə, Bakıda keçirilən COP29 zamanı Sofiya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yerüstü elektrik verilişi xətləri və birləşmələrindən istifadə edərək vaxt itirmədən bu layihənin icrasına başlamağı təklif edib.
"Müvafiq saziş iki gün əvvəl Antalyada keçirilən COP31-də imzalanıb (Azərbaycan-Gürcüstan-Bolqarıstan-Türkiyə yaşıl enerji dəhlizi – red.). Buna görə də biz irəliyə doğru addımlayır, Azərbaycanla dostluğumuz və əməkdaşlığımıza dəyər veririk", - R.Radev vurğulayıb.
Mənbə: https://memurtv.az/sosial/20038-rumen-radev-bolqaristan-azerbaycan-qazinin-tedarukunun-artacagina-umid-edir.html