Zelenski: Rusiya ilə atəşkəs razılaşması uğursuz oldu

Bu gün, 01:10

Ukrayna Rusiya ilə atəşkəs razılaşmasına nail ola bilmədi, çünki Əbu-Dabidə təmsil olunan Rusiya nümayəndə heyətinin buna səlahiyyəti çatmadı.


"MemurTv.az" ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


"Əbu-Dabidə görüş zamanı mümkün enerji atəşkəsi və dəniz atəşkəsi məsələsi qaldırılıb. Lakin Rusiya nümayəndə heyəti bu məsələni müzakirə etmək səlahiyyətinə malik olmadığını iddia edib", - o vurğulayıb.


Onun sözlərinə görə, ABŞ Prezidentinin elçiləri Stiv Vitkov və Cared Kuşner sabah (bu gün-red) Rusiya lideri Vladimir Putinlə görüşdə bu məsələni qaldıracaqlar. Moskvadakı danışıqlardan sonra Zelenski azı konkret cavab alacağını gözləyir.


O, həmçinin bildirib ki, ABŞ Ukraynaya ərazi güzəştləri etməyi və Donbası verməyi təklif edir. Zelenskinin sözlərinə görə, Amerika tərəfi bu məsələni daim qaldırır və bu addımı Rusiya-Ukrayna müharibəsini dayandırmağın yolu kimi görür.


"Bizimlə bu cür danışmaq mümkün deyil", - Ukrayna lideri vurğulayıb.

Mənbə: https://memurtv.az/sosial/20014-zelenski-rusiya-ile-ateshkes-razilashmasi-ugursuz-oldu.html