İranda İsraillə əlaqədə şübhəli bilinən iki minə yaxın şəxs həbs edilib
23-07-2025, 17:56
İranda 12 günlük müharibə zamanı və sonra İsraillə əlaqədə şübhəli bilinən iki min nəfər həbs edilib.
“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejei müsahibəsində bildirib.
O vurğulayıb ki, onların çoxu casus olmadıqları və İsraillə əməkdaşlıq etmədikləri üçün azad ediliblər.
Mənbə: https://memurtv.az/sosial/15764-randa-sraille-elaqede-shubheli-bilinen-iki-mine-yaxin-shexs-hebs-edilib.html