Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib
14-03-2025, 10:29
Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.
Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.
"Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq", - diplomatik nümayəndəlikdən bildirilib.
Mənbə: https://memurtv.az/sosial/14718-britaniya-ilk-defe-azerbaycanda-herbi-attashe-teyin-edib.html