Naxçıvan əhalisinin sayı açıqlanıb
14-02-2025, 11:12
Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirlib ki, 1 yanvar 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2 min 377 nəfər və ya 0,5 faiz artaraq 470 min 943 nəfər olub.
Mənbə: https://memurtv.az/sosial/14396-naxchivan-ehalisinin-sayi-achiqlanib.html