36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin sədri: Fəallıq yüksək səviyyədədir

29-01-2025, 12:40

36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin sədri: Fəallıq yüksək səviyyədədirSeçki tam şəffaf keçirilir, fəallıq yüksək səviyyədədir.

Bunu "Report"a açıqlamasında 36 saylı Xətai-Suraxanı Seçki Dairəsinin sədri Qarat Qaratov deyib.

O bildirib ki, seçicilərin səs verməsi üçün hər bir şərait yaradılıb:

"Dairə üzrə saat 12:00-a qədər 5 913 seçici artıq səsvermə hüququndan istifadə edib. Dairə üzrə yaşı 80-dən yuxarı 764 seçicimiz var. İlk dəfə səs verənlər isə 402 nəfərdir".

Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Mənbə: https://memurtv.az/sosial/14183-36-sayli-xetai-suraxani-sechki-dairesinin-sedri-fealliq-yuksek-seviyyededir.html