BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlib

21-11-2024, 08:40

BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlibBirləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş noyabrın 21-də BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Bu barədə “Report” AZƏRTAC-a istinadən xəbər verir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Mənbə: https://memurtv.az/sosial/13854-bmt-bash-katibi-antonio-quterresh-azerbaycana-sefere-gelib.html