Muxtar Babayev fransalı nazirlə görüşüb

11-10-2024, 16:56

Muxtar Babayev fransalı nazirlə görüşübCOP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.

Tərəflər yaşıl enerjinin saxlanması istiqamətində irəliləyişin COP29 Fəaliyyət Gündəliyinin əsas elementi olduğunu bildiriblər.

Mənbə: https://memurtv.az/sosial/13726-muxtar-babayev-fransali-nazirle-gorushub.html