Vladimir Putin Azərbaycana dövlət səfəri edəcək
16-08-2024, 17:38
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunları üzrə bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Mənbə: https://memurtv.az/sosial/13388-vladimir-putin-azerbaycana-dovlet-seferi-edecek.html