Mehriban Əliyeva Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşım Maqomedovu təbrik edib
8-08-2024, 11:33
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovla bağlı paylaşım edib.
“Report” xəbər verir ki, paylaşımda qeyd edilib:
"Paris Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedovu səmimi-qəlbdən təbrik edirəm! Gərgin əməyinə, yenilməz iradəsinə və qələbə əzminə görə idmançımıza təşəkkür edir, ona möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram!".
Mənbə: https://memurtv.az/sosial/13358-mehriban-eliyeva-yay-olimpiya-oyunlarinin-gumush-mukafatchisi-qashim-maqomedovu-tebrik-edib.html