Macarıstanın Baş naziri Ukraynada səfərdədir

2-07-2024, 10:43

Macarıstanın Baş naziri Ukraynada səfərdədirMacarıstanın Baş naziri Viktor Orban Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün bu gün səhər saatlarında Ukraynaya səfər edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib.

“Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır”, - o qeyd edib.

Onun sözlərinə görə, V.Orban və V.Zelenski Macarıstan-Ukrayna ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə edəcəklər.

Mənbə: https://memurtv.az/sosial/13146-macaristanin-bash-naziri-ukraynada-seferdedir.html