Azərbaycan Polisi 106 yaşında

2-07-2024, 10:42

Azərbaycan Polisi 106 yaşındaDaxili İşlər Nazirliyi (DİN) Azərbaycan polisinin yaradılmasının 106 illiyi münasibətilə videoçarx təqdim edib.

"Report" xəbər verir ki, videoçarxla bağlı paylaşımda bu sözlər yer alıb:

"Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!"

Qeyd edək ki, iyulun 2-si Azərbaycanda Polis Günüdür.

Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Mənbə: https://memurtv.az/sosial/13145-azerbaycan-polisi-106-yashinda.html