Ərdoğan Netanyahu ilə görüşdü
20-09-2023, 09:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Danışıqlar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində baş tutub.
Dövlət başçısı həmçinin İtaliyanın Baş naziri Corcia Meloni ilə də görüşüb.
Hər iki görüşün mətbuata qapalı keçirildiyi bildirilib.
Mənbə: TRT
Mənbə: https://memurtv.az/sosial/11977-erdogan-netanyahu-ile-gorushdu.html