Qanunsuz erməni silahlı dəstələri növbəti dəfə mülki təyyarəyə radiomaneələr tətbiq ediblər
19-09-2023, 10:11
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının “E-190” tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
Mənbə: https://memurtv.az/sosial/11968-qanunsuz-ermeni-silahli-desteleri-novbeti-defe-mulki-teyyareye-radiomaneeler-tetbiq-edibler.html