Türkiyə İsveçdən NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyir

8-06-2023, 10:50

Türkiyə İsveçdən NATO-ya üzv olmaq üçün konkret addımlar gözləyirTürkiyənin xarici işlər naziri Hakan Fidan isveçli həmkarı Tobias Billström ilə İsveçin NATO-ya daxil olması perspektivlərini müzakirə edib və Ankaranın Stokholmdan konkret addımlar gözlədiyini bildirib.

Bu barədə çərşənbə günü Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, nazirlər İsveçin NATO-ya müraciətinin təsdiqi üçün Türkiyənin şərtlərinin yerinə yetirilməsinə nəzarət üzrə birgə mexanizmin iclasından sonra təmasları davam etdirmək barədə razılığa gəliblər. Bu mexanizmin iclası iyunun 12-nə planlaşdırılıb.
Mənbə: TRT

Mənbə: https://memurtv.az/sosial/11478-turkiye-svechden-nato-ya-uzv-olmaq-uchun-konkret-addimlar-gozleyir.html