Milli Məclisin iki üzvü ordenlə təltif edildi
11-04-2023, 14:40
Milli Məclisin deputatları Aqil Abbas və Novruzəli Aslanov ordenlə təltif olunublar.
President.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilirlər.
Mənbə: https://memurtv.az/sosial/11221-milli-meclisin-iki-uzvu-ordenle-teltif-edildi.html