General Etibar Mirzəyev: “Hər kəs əlindən gəldiyi qədər Türkiyə üçün nəsə etməyə çalışır”
14-02-2023, 16:06
“Biz özümüzü sizdən ayrı hesab etmirik. Çiyin-çiyinə çalışırıq və çalışacağıq”.
“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Kahramanmaraşda Türkiyənin səhiyyə nazirinin müavini Tolqa Tolunayla görüşündə deyib.
O bildirib ki, hər gün 24 saat ərzində azərbaycanlı xilasedicilər, media nümayəndələri hadisə yerindədirlər:
“Azərbaycandan humanitar yardımlar da gəlməkdə davam edir. Hər kəs əlindən gəldiyi qədər Türkiyə üçün nəsə etməyə çalışır".
Mənbə: https://memurtv.az/sosial/10972-general-etibar-mirzeyev-her-kes-elinden-geldiyi-qeder-turkiye-uchun-nese-etmeye-chalishir.html